İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Real"ı çalışdıran Xabi Alonso ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi postuna təyin olunub.
saytlarin hazirlanmasi