"Qarabağ"ın rəqibinin futbolçusuna 10 aylıq cəza verildi - dopinqə görə

17:52 - 8 Sentyabr 2025

UEFA "Atletik"in futbolçusu Yeray Alvaresə 10 aylıq cəza verib.

Sportal.az xəbər verir ki, buna səbəb ispaniyalı müdafiəçinin antidopinq qaydalarını pozmasıdır. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Alvaresin ötən mövsüm UEFA Avropa Liqası yarımfinal mərhələsinin "Mançester Yunayted"də ilk matçından sonra verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb. 30 yaşlı mərkəz müdafiəçisinin cəzası 2 iyun tarixindən etibarən hesablanır.

Qeyd edək ki, "Atletik" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Azərbaycan çempionunun Bilbao təmsilçisi ilə oyunu oktyabrın 22-də səfərdə baş tutacaq.

Xəbər xətti