Fernandu Santuş istefaya göndərildi - SON DƏQİQƏ

12:02 - 8 Sentyabr 2025

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

"Bu gün AFFA-nın İcariyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi".

Qeyd edək ki, Fernandu Santuş ötən ilin yayında millimizin baş məşqçisi postuna təyin olunmuşdu.

Xəbər xətti