"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Domeniko Tedesko ilə anlaşıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Türkiyə klubu Zinədin Zidanla danışıq aparsa da, fransalı mütəxəssislə razılıq əldə edə bilməyib.
"Fənərbaxça" bundan sonra seçimini Tedeskodan yana edib. İtaliyalı məşqçi bu gecə İstanbulda olacaq.
Qeyd edək ki, Domeniko Tedeskonun son iş yeri Belçika milli komandası olub. "Fənərbaxça" isə Joze Mourinyo ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi