İki futbolçu "Beşiktaş"ı tərk edəcək

20:11 - 9 Sentyabr 2025

"Beşiktaş" iki futbolçusu ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, bunlar müdafiəçi Yonas Svensson və yarımmüdafiəçi Joau Mariudur. Bu barədə "HT Spor" məlumat yayıb.

Hər iki oyunçu baş məşqçi Sergen Yalçının planlarına daxil deyil. Onların adı Super Liqa üçün Türkiyə Futbol Federasiyasına (TFF) veriləcək yeni siyahıda olmayyacaq.

"Ağ-qaralar" futbolçuların özlərinə və təmsilçilərinə yeni klub axtarmaqları ilə bağlı təlimat verib.

Qeyd edək ki, "Beşiktaş" Joau Mariunu ötən ilin yayında "Benfika"dan, Yonas Svenssonu isə həmin ilin yanvar ayında "Adana Demirspor"dan transfer edib.

Xəbər xətti