İngiltərənin "Vest Hem" klubu heyətinə qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, London təmsilçisi Lukas Fabianski ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı qolkiperlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Vest Hem" iyul ayında Lukas Fabianski ilə yollarını ayırmışdı. 40 yaşlı "əlcək sahibi" 2018-ci ildən Premyer Liqa klubunda çıxış edirdi.
saytlarin hazirlanmasi