"Araz-Naxçıvan"ın 11 top buraxan qapıçısı: "Haaland hər qoldan sonra məndən üzr istəyirdi"

16:58 - 10 Sentyabr 2025

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, 31 yaşlı qolkiper matçdan sonra açıqlama verib. Təcrübəli "əlcək sahibi" oyunda 5 qol vuran Erlinq Haalandın ondan üzr istədiyini bildirib:

"Haaland bunun mənim səhvim olmadığını dedi. Hər qoldan sonra məndən üzr istəyirdi. Top fərqinə görə davam etmək məcburiyyətində olduqlarını dedi".

Qeyd edək ki, 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edir.

Xəbər xətti