"Mançester Yunayted"də oynadı, Meksika klubuna keçir

14:47 - 11 Sentyabr 2025

“Mançester Yunayted”in keçmiş futbolçusu, indi Yunanıstanın AEK klubunda forma geyinən Antoni Marsial Meksikaya köçə bilər. 

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, Fransa millisinin sabiq üzvünə “UNAM Pumas” təklif göndərib.

Meksikalılar AEK-lə danışıqlara başlayıb və Marsialı icarəyə götürmək istəyir. Fransızın Afina təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Marsial “Lion”, “Monako”, “Mançester Yunayted”, “Sevilya” klublarında oynadıqdan sonra 2024-cü ildə AEK-ə keçib.
 

Xəbər xətti