"Turan Tovuz"un müdafiəçisi "Qəbələ"də - RƏSMİ

17:55 - 10 Sentyabr 2025

"Qəbələ" öz akademiyasının yetirməsi olan Rüfət Əhmədovu rənglərinə bağlayıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb. O,  mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq.

Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib. 

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Xəbər xətti