"Mançester Yunayted"in qolkiperi "Trabzonspor"da - RƏSMİ

00:10 - 12 Sentyabr 2025

Andre Onana yeni mövsümü Türkiyə Super Liqasında keçirəcək.

Sportal.az xəbər verir ki, “Trabzonspor” rəsmi olaraq qapıçını “Mançester Yunayted”dən 2026-cı ilin yayına qədər icarəyə götürüb.

29 yaşlı kamerunlu futbolçu “qırmızı şeytanlar"ın heyətində 2 mövsüm keçirib və Premyer Liqada 72 oyunda 102 qol buraxıb.

Xəbər xətti