Yamal və Mbappeni qabaqlayıb ən yaxşı seçildi

12:55 - 13 Sentyabr 2025

İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Vilyarreal"da çıxış edən Nikolas Pepe ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı vinger səsvermədə Lamin Yamal ("Barselona"), Kilian Mbappe ("Real"), Pere Milya ("Espanyol") və Niko Uilyamsı ("Atletik") qabaqlayıb.

Qeyd edək ki, Nikolas Pepe avqust ayında ölkə çempionatında meydana çıxdığı 3 matçda 2 qol vurub, 1 qol ötürməsi edib.


Xəbər xətti