Antonio Rudiger qışa qədər sıradan çıxıb.
Sportal.az xəbər verir ki, "Real"ın müdafiəçisi sol budun ön əzələsindən zədələnib. Jurnalist Arança Rodrigesin məlumatına əsasən, Antonio təxminən 3 ayı buraxacaq.
Qeyd edək ki, bu mövsüm alman futbolçu La Liqada "Real"ın bir oyununda və Dünya çempionatının seçmə mərhələsində millinin iki matçında iştirak edib.
saytlarin hazirlanmasi