Millimiz bu dəfə Gürcüstana məğlub oldu

23:47 - 12 Sentyabr 2025

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, U-16 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Bakı Olimpiya Stadionunda təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 10-da keçirilən ilk yoxlama oyununda millimiz 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti