"Qarabağ"la oyundan əvvəl heç-heçə etdilər

10:50 - 13 Sentyabr 2025

Portuqaliya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Benfika" doğma meydanda "Santa Klara"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

4 turdan sonra 10 xal toplayan "Benfika" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Benfika" ilə oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti