“Beşiktaş” futbolçusunu icarəyə göndərib.
Sportal.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.
Portuqaliyalı yarımmüdafiəçi Afina klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
32 yaşlı futbolçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.
Portuqaliya millisinin sabiq üzvü “Sportinq”, “İnter”, “Vest Hem”, “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.