"Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda "Benfika"(2:3) ilə görüşündə zədələnərək 77-ci dəqiqəsində əvəzlənən monteneqrolunun zədəsi ciddi deyil.
Bu barədə Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib:
"Məncə, Yankoviçdə ciddi görünən bir şey yoxdur. Sadəcə Markonun ayağına zərbə olmuşdu. Həm də yorulmuşdu. Ona görə də əvəzləndi".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının ikinci turunda oktyabrın 1-də "Kopenhagen"lə qarşılaşacaq.
saytlarin hazirlanmasi