Trent Aleksander-Arnold hazırda 2-ci hissəsi oynanılan “Marsel”lə oyunun əvvəlində zədə alıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının matçının 3-cü dəqiqəsində “Real”ın müdafiəçisi Tibo Kurtuanın ötürməsindən sonra topa doğru sürətlə irəliləyib və dərhal sol budunun arxa hissəsini tutub.
İngilis futbolçu yerini Daniel Karvahala verib.
Bu mövsüm Aleksander-Arnold “Real”ın heyətində 5 oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.
saytlarin hazirlanmasi