UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin UEFA-ya təqdim etdiyi iştirak ərizəsində dəyişiklik edib.
Sportal.az xəbər verir ki, Dariu Essuqu heyətdən çıxarılıb. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi uzunmüddətli zədəli olduğu üçün belə qərar verilib. Onun əvəzində Fakundo Buonanotte heyətə daxil edilib.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi