"Qarabağ"ı gözləmədi, Superliqa klubuna keçdi

15:22 - 16 Sentyabr 2025

"Qarabağ" yayda heyətini "Srvena Zvezda"nın hücumçusu Şerif Ndiayeni qatmaq istəsə də, transfer baş tutmamış və Ağdam klubu qışda onun üçün bir daha klubuna müraciət edəcəkdi. 

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi seneqallı forvardın keçidini ən azından qış "transfer pəncərəsi" zamanı həll etməyi planlaşdırırdı.

Amma Azərbaycan çempionu bu forvardla danışıqları yekunlaşdırıb.

Məsələ burasındadır ki, Ndiaye artıq "Srvena Zvezda"nı tərk edərək Türkiyəyə geri qayıdıb.

29 yaşlı forvard “Samsunspor”la müqavilə imzalayıb. Seneqal millisində cəmi 1 oyuna çıxmış hücumçu Superliqa təmsilçisi ilə 4 illik müqaviləyə qol çəkib.

“Vaasland-Beveron”, “Qoritsa”, “Göztepe”, “Şanxay Port”, “Adana Demirspor”da çıxış edib.

Xəbər xətti