Çempionlar Liqası: "Arsenal" "Atletik"i, "Union" isə PSV-ni məğlub etdi

22:43 - 16 Sentyabr 2025

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, günün ilk 2 matçı artıq yekunlaşıb. Səfərdə "Atletik"in qonağı olan "Arsenal" 2:0 hesablı qələbə qazanıb. PSV isə doğma meydanda "Union"a 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, günün digər qarşılaşmaları saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, I tur

"Atletik" – "Arsenal" 0:2

Qollar: G.Martinelli,72, L.Trossard,87

PSV – "Union" 1:3

Qollar: R.Van Bommel,90, - P.David,9(pen), A.El Hadj,39, K.Mak Allister,81

Xəbər xətti