Azərbaycan millisinin qapıçısını "Kəpəz" istəyir - "Dinamo"ya keçməkdə maraqlıdır

17:43 - 17 Sentyabr 2025

“Neftçi” və Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərov komandanı hələ də tərk etmək ehtimalı var.

Sportal.az saytına verilən məlumata görə, “Dinamo”nun (Buxarest) transfer siyahısında yer alsa da, son anda onun Rumıniya klubuna keçidi baş tutmamışdı. “Traktor” da Cəfərovu heyətinə qatmaq istəyib. Lakin “Neftçi” Cəfərovu bu kluba da buraxmamışdı.

22 yaşlı futbolçunun klubunu dəyişsə də, Azərbaycanda qala biləcəyi gözlənilir. Belə ki, “Kəpəz” onu icarəyə götürməyi planlaşdırır.

Bu mövsüm Premyer Liqada debüt etməyən millimizin üzvünün “Dinamo”ya keçməyə can atdığı bildirilir. 
 

Xəbər xətti