"Qarabağ"a uduzdular, baş məşqçini qovdular

09:34 - 17 Sentyabr 2025

"Benfika" UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ"la matçından sonra (2:3) baş məşqçisi Brunu Lage ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, Lagenin istefaya göndərildiiyni söyləyib.

Ruy Kuştanın bildirdiyinə görə, Lageni tez bir zamanda yeni mütəxəssis əvəzləyəcək.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Benfika"ya3:2 qalib gəldi. 

Xəbər xətti