Azərbaycan Kubokunun püşkü atıldı - "Qarabağ" və "Sabah" 1/8 finaldan başlayacaq

15:47 - 17 Sentyabr 2025

Bu gün Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqadan ümumilikdə 34 komandanın mübarizə aparacağı kubokda komandalar rəqiblərini tanıyıblar. 

1-ci təsnifat mərhələsi

"Göygöl" - "Şəmkir"
"Şəki Siti" - "Araz-Saatlı"
"Qaradağ Lökbatan" - "Ağdaş"
"Dinamo" - "Kür-Araz"
"Ağstafa Gəncləri" - "Şirvan"
"Quba" - "Xankəndi"

2-ci təsnifat mərhələsi

"Səbail" - "Şamaxı"
"Göygöl"/"Şəmkir" cütünün qalibi - "Baku Sportinq"
"Karvan" - "Şəki Siti"/"Araz-Saatlı" cütünün qalibi
"Qaradağ Lökbatan"/"Ağdaş" cütünün qalibi - "İmişli"
"Qəbələ" - "Mingəçevir"
"Cəbrayıl" - "Şəfa"
"Şimal" - "Şahdağ Qusar"
"Dinamo"/"Kür-Araz" cütünün qalibi - "Turan Tovuz"
"Kəpəz" - "Ağstafa Gəncləri"/"Şirvan" cütünün qalibi
"Quba"/"Xankəndi" cütünün qalibi - "Difai"
"Zaqatala" - "Sumqayıt"
"Neftçi" - MOİK

"Sabah", "Qarabağ", "Araz-Naxçıvan" və "Zirə" mübarizəyə 1/8 finalda qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi "Sabah"dır. 

Xəbər xətti