"Səbail" I Liqanın II turu çərçivəsində səfərdə "Difai"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Elvin Məmmədov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. O, komandada çatışmazlıqların olduğunu bildirib:
“Çətin səfər oyunu oldu. Rəqibin qapanıb hücumlar etməyimizə imkan verməyəcəyini təxmin etmişdik. Şükürlər olsun ki qələbə qazanan tərəf biz olduq. Uşaqlara axırıncı dəqiqəyə qədər apardıqları mübarizə üçün təşəkkür edirəm. Yolumuz uzundur və bir sıra çatışmazlıqlarımız var. Üzərimizdə çalışaraq onları aradan qaldıracağıq”.
saytlarin hazirlanmasi