"Palmeyras"ın müdafiəçisi Luis Benedetti karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Braziliya mətbuat məlumat yayıb.
İspaniya çempionu Benedetti üçün 10 milyon avro təzminat ödəməyə hazırdır. 19 yaşlı mərkəz müdafiəçisi ilə "Arsenal" da maraqlanır.
Qeyd edək ki, Luis Benedetti bu mövsüm "Palmeyras"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin sonuna kimidir.
saytlarin hazirlanmasi