"Roma"da çıxış etmiş futbolçu "Qarabağ"ın sabiq üzvü ilə komanda yoldaşı olacaq

17:35 - 23 Sentyabr 2025

Niderland millisinin də üzvü olmuş Rik Karsdorp karyersını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, PSV(2024/2025) klubundan ayrıldıqdan sonra azad agent statusuna malik olan 30 yaşlı futbolçuya “Əl Feyha”dan təklif gəlib.

Onunla 1 illik müqavilə imzalana bilər. Qeyd edək ki, bu komandada "Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia da oynayır.

Karsdorp karyerası ərzində “Feyenoord”, “Roma” klublarında da forma geyinib.
 

Xəbər xətti