Yaponiyalı futbolçu "Arsenal"ın hədəfində

12:17 - 23 Sentyabr 2025

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəflərindən biri "Real Sosyedad"da çıxış edən Takefusa Kubodur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Yaponiyalı hücumameyyilli yarımmüdafiəçinin klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var. "Arsenal" isə 24 yaşlı oyunçu ilə 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti