Kriştiano Ronaldu karyerası ərzində 945-ci qoluna imza atıb.
Sportal.az xəbər verir ki, 40 yaşlı Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Riyad”ın qapısından yol tapıb. O, 33-cü dəqiqədə Joao Feliksin ötürməsindən sonra hesabı açıb, qapıçı ilə təkbətək çıxaraq topu qapıdan keçirib. 76-cı dəqiqədə Kriştiano dublunu rəsmiləşdirib.
Qeyd edək ki, Ronaldo klub səviyyəsində 804, Portuqaliya millisində isə 141 qol vurub.
saytlarin hazirlanmasi