Bu gün Misli Premyer Liqasında 10-cu tur çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
"Qələbə münasibətilə azarkeşlərimizi və rəhbərliyimizi təbrik etmək istəyirəm. Çox çətin oyun alındı. Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib komanda ilə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Biz çalışırdıq ki, rəqibi qapımızdan daha uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. Daha çox oyunlarımız var. İrəliyə doğru dəyişəcəyimizə inanıram".
- Aleksey İsayevin debütü ilə bağlı düşüncələriniz?
- Əlbəttə ki, Alekseyin yenidən bizimlə olması məni sevindirir. Onun üçün zədədən geri dönməsi bir qədər çətin oldu. Təbii ki, biz istərdik ki, o, matç zamanı ara ötürmələr versin, əvvəlki formasına yavaş yavaş qayıtsın. Hələ ki, istədiyimiz nöqtədə olmasa da, məşqlərdə həvəsli olması, tapşırıqları yerinə yetirməsi irəliyə doğru daha yaxşı olacağına ümidimizi artırır.
- Şafrankonun zədəli olması sizə hücumçu transferi barədə düşünməyə vadar edirmi?
- Biz hazırda transferlər barədə düşünmürük. Hazırda ən çox düşündüyümüz məqam növbəti oyunumuz olan "Kəpəz"lə matçdır. Qış fasiləsinə hələ var. Yəqin ki, vaxt yaxınlaşanda rəhbərliklə bu barədə söhbətimiz olacaq.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
     
                    