"Sumqayıt" Aleksandr Ramalinqomu komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, madaqaskarlı hücumçu özünü yaxşı tərəfdən göstərdiyi üçün klub onun müqaviləsində olan 1 illik müqavilə müddətinin artırılması şərtinin qüvvəyə minməsindən yanadır.
Buna görə də, tərəflər arasında danışıqlar olacaq və klub onun yeni mövsümdə də “Sumqayıt”da oynamasını istəyir.
32 yaşlı forvard mövsümün əvvəlində İsrailin “Bney Saxnin” klubundan “gənclik şəhəri” təmsilçisinə keçib. Yayda onunla 1+1 illik müqavilə imzalanıb.
 
     
                    