"Milan" və "İnter" yeni stadion planını təsdiqlədilər - 71 500 nəfərlik arena tikiləcək

18:35 - 5 Noyabr 2025

“Milan” və “İnter” klubları öz stadionlarının satınalınmasını tamamlayıblar.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngləri stadionun sökülərək 71 500 tamaşaçı tutumuna malik yeni arenayla əvəzlənməsi planlarını təsdiqləyiblər. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Dünyanın ən nüfuzlu futbol arenalarından biri hesab olunan “San Siro”nun sökülməsi məsələsi artıq uzun illərdir müzakirə olunur. Çünki stadionun vəziyyəti zaman keçdikcə pisləşir.

1947-ci ildən eyni stadionu bölüşən iki klub tikiliyə və ətraf əraziyə nəzarət əldə etmək üçün şəhər şurasına 197 milyon avro ödəyib. Bu addım uzunmüddətli uğur üçün birgə ambisiyalarının göstəricisidir.

Yeni stadionun tutumu hazırkı “San Siro”dan təxminən 4000 yer az olacaq. Arenanın layihələndirilməsi Norman Foster və Devid Manikanın rəhbərlik etdiyi firmalar tərəfindən həyata keçiriləcək. Hər iki şəxs yeni “Uembli” stadionunun planlaşdırılmasında mühüm rol oynayıb.

Xəbər xətti