"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
saytlarin hazirlanmasi
