Azərbaycan millisinə dəvət edilə bilər - Avropadakı çıxışı Abbasovun diqqətini çəkib

13:22 - 1 Mart 2026

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli uzun müddət sonra Azərbaycan millisinə dəvət edilə bilər. 

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı hücumçu bu mövsüm stabil çıxışı ilə millinin çalışdırıcısı Ayxan Abbasovun diqqətini çəkib.

İsgəndərlinin mart ayında millimizin toplanışına dəvət alacağı gözlənilir. Abbasov onu millidə sərəncamında görmək istəyir.

O, bu mövsüm 24 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Azərbaycan millisi Oman, Syerre-Leona və Sent-Lusia ilə “FIFA series” mini-turnirində qarşılaşacaq.
 

Xəbər xətti