Dünən möhtəşəm matç izlədik. "Sabah"ın baxımlı futbolu, "Qarabağ"ın geridönüşü, mövsümün azarkeş rekordu.
Bərabərlik qolundan sonra iki tərəfin ehtiyat oyunçular skamyasında olan üzvləri bir-birinə girdi. Axırda komandalar sözün bütün mənalarında sülhlə ayrıldılar meydandan.
Bütün bu baş verənlərin içində bir anlaşılmazlıq da yaşandı. Matçın baş hakimi Tural Qurbanov oyunun əsas vaxtına heç nə əlavə etmədi. Qəribədir, eləmi?
Musa Qurbanlı bərabərlik qolunu vuranda 84-cü dəqiqə gedirdi. Sonra ara qarışdı, oyun 90-cı dəqiqədə bərpa oldu. 6 dəqiqə itirilmiş vaxt, 4-5 dəqiqə də əlavə vaxtın artırılacağını gözlədiyimiz halda, yəni toplam 10-11 dəqiqə, tabloda cəmi 6 dəqiqə göstərdilər. Sonradan Mikelsə göstərilən və ləğv edilən qırmızı vərəqəyə görə də 2 dəqiqə artırıldı.
Ortaya sual çıxır ki, bəs, 2-ci hissədə əvəzetmələrə və başqa epizodlarda dayanmalara görə artırılmalı vaxt hara getdi...
Tural Qurbanovu belə bəsit səhvə sürəkləyən nə idi? Elə təəssürat yarandı ki, baş hakim "Qarabağ"ın 4-cü qolu vurmasından ehtiyatlandı. Hər şey buna doğru gedirdi, bəlkə də oyun daha 4-5 dəqiqə oynanılsaydı, daha bir qol görəcəkdik. Amma Tural Qurbanov anlaşılmaz qərarıyla bunun qarşısını aldı.
Həmid
saytlarin hazirlanmasi
