Azərbaycan millisi Şimali Makedoniyaya məğlub oldu

00:07 - 3 Mart 2026

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub. Qarşılaşma Bakı İdman Sarayında təşkil olunub.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər xətti