Azərbaycan millisinin və "Sumqayıt"ın üzvü Səbuhi Abdullazadə xarici klubların diqqət mərkəzindədir.
Sportal.az saytına verilən məlumata görə, Albaniyanın "Partizani" klubu "Sumqayıt"ın kapitanını heyətinə qatmağı planlaşdırır.
Albaniya nəhəngi mövsümün sonunda Abdullazadə üçün hərəkətə keçəcək.
Əslində, onlar Səbuhi ilə mövsümün əvvəlindən maraqlanır. Mövsüm başa çatdıqdan sonra "Partizani" rəsmiləri millimizin futbolçusunun keçidi üçün danışıqlar aparacaq.
24 yaşlı futbolçunun "Sumqayıt"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
