"Napoli" rus futbolçu üçün hərəkətə keçdi

13:48 - 21 Aprel 2026

"Monako"nun futbolçusu Aleksandr Qolovin karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “Napoli” 29 yaşlı yarımmüdafiəçini mövsümün sonunda heyətinə qatmaq istəyir.

Neapol təmsilçisinin rəhbərliyi artıq rus futbolçu üçün hərəkətə keçib.

Qolovinin “Monako” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2018-ci ildə ÇSKA-dan(Moskva) “Monako”ya keçib.

Xəbər xətti