"Fənərbaxça"dan ayrılan baş məşqçi ölkəsinə üz tutur

12:35 - 29 May 2026

"Fənərbaxça"dan ayrılan Domeniko Tedesko ölkəsində çalışa bilər.

Sportal.az xəbər verir ki, "Bolonya" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Vinçentso İtalyano ilə yollarını ayıran klub Tedesko ilə danışıqlarda irəliləyiş əldə edib. 40 yaşlı məşqçinin təyinatının bu gün açıqlanacağı bildirilir.

Qeyd edək ki, Domeniko Tedesko 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinədək "Fənərbaxça"ya rəhbərlik edib.

Xəbər xətti