“Yuventus”un və Serbiya millisinin hücumçusu Duşan Vlahoviçin yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiqləşməyib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu üçün “Milan”, “Mançester Yunayted” və “Bavariya”dan sonra daha bir klub hərəkətə keçib.
Belə ki, “Əl-Hilal” Vlahoviçi yayda transfer etmək niyyətindədir. Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Vlahoviç yeni komandası haqda hələ ki qərar verməyib. O, bundan əvvəl “Partizan” və “Fiorentina”da da oynayıb.
