"Milan"ın keçmiş müdafiəçisi Alessandro Nesta "rossonyerlər"in Çempionlar Liqasına vəsiqə qazana bilməməsinin günahkarını müəyyən edib.
Sportal.az "Tuttosport” istinadən xəbər verir ki, "Milan"ın veteranı klubdakı daxili idarəetmənin uğursuz olduğuna da söz atıb:
"Mövsümün "Milan" üçün fəlakətli dərəcədə keçdiyini söyləmək də olmaz. O qədər də pis deyildi. Bilirsiz, "Milan"ın möhkəm və güclü təməli, yaxşı potensialı olan komandadır. Massimiliano Alleqri və oyunçular komandanın beşinci yerdə qərarlaşmasında əsas günahkardırlar. Amma əsl problem klubun daxilindəki qarışıqlıqdır, xaosdur. Bir də əla mərkəz hücumçunun olmaması belə nəticəyə gətirib çıxardı".
Qeyd edək ki, "Milan" başa çatan mövsümü A seriyasında 5-ci pillədə başa vurub.
