"Messinin meydanda yanımızda olması bizim üçün çox böyük məna kəsb edir"

17:24 - 17 İyul 2026

Argentina milli komandasının yarımmüdafiəçisi Aleksis Mak Alister dünya çempionatının final matçı ərəfəsində Lionel Messinin komanda üçün önəmindən danışıb.

Sportal.az xəbər verir ki, o, 39 yaşlı hücumçunun yaşına baxmayaraq meydanda fərq yaratdığını bildirib:

​"Messi öz yaşındakı çıxışı ilə meydanda hələ də fərq yaradır. Bu, bütün komanda üçün son dərəcə vacibdir. Onun meydanda yanımızda olması bizim üçün çox böyük məna kəsb edir. Onun yığmada mümkün qədər uzun müddət qalmasını çox istərdik".

Messsi DÇ-2026-da 7 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq. Turnirin həlledici görüşü iyulun 19-u, Bakı vaxtı saat 23:00-da keçiriləcək.

Xəbər xətti