“Sabah” basketbol komandasında ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu aparıcı üzvü Hassani Qravett ilə vidalaşıb.
Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb. Qravett “Sabah”da keçirdiyi müddət ərzində iki dəfə müntəzəm çempionatın, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.
Amerikalı basketbolçu İtaliyanın yüksək liqa klubu "Kantu"da oynayacaq.
saytlarin hazirlanmasi
