"Qarabağ" İslandiyaya getdi - FOTOLAR

17:30 - 14 İyul 2026

"Qarabağ" UEFA Avropa Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Vestri"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qarşılaşma üçün İslandiyaya yola düşüb.

Qeyd edək ki, "Vestri" - "Qarabağ" matçı 17 iyul tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti