Səudiyyə Ərəbistanı klubunda maliyyə problemi hökm sürür

13:17 - 14 İyul 2026

Kriştiano Ronaldonun kapitanı olduğu "Əl-Nəsr" maliyyə çətinlikləri ilə üzləşib.

Sportal.az “Arriyadiyah” qəzetinə istinadən xəbər verir ki, maddi problemlər səbəbindən klub bütün oyunçularına iyun ayı üçün tam maaş ödəyə bilməyib. 

Bir neçə oyunçu yayın ilk ayı üçün qismən maaş alıb, lakin rəhbərlik tezliklə onların maaşını tam ödəmək üçün çalışır. Maliyyə çətinlikləri müqaviləsinin sonunda klubdan ayrılan xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçin yerinə əcnəbi oyunçunun transferini təxirə salıb.

Komanda qeyri-müəyyən maliyyə vəziyyəti səbəbindən potensial yeni oyunçularla danışıqları da dayandırıb. 

Ötən mövsüm “Əl-Nəsr” 2019-cu ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb. 
 

Xəbər xətti