"Milan" Modriçlə razılığa gəldi

23:07 - 14 İyul 2026

Luka Modriç karyerasını "Milan"da davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hələ yekun qərarını verməsə də, tərəflər 2026/27 mövsümü üçün əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa çox yaxındırlar.

Müqavilə uzadılacağı təqdirdə, Modriç yay məzuniyyətindən sonra komandanın iyulun 26-da başlayacaq Avstraliya mövsümöncəsi turu zamanı “Milan”ın düşərgəsinə qoşulacaq.

39 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti