"Araz-Naxçıvan" yeni transferi reallaşdırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb.
Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.
Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib.
30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib.
Futbolçunun həm da Fransa vətəndaşlığı var.
saytlarin hazirlanmasi
