"Qarabağ"ın futbolçusu Mateus Silva komandanı tərk etməyəcək.
Sportal.az saytına verilən məlumata görə, braziliyalıya ölkəsindən cəlbedici təkliflər gəlib.
Amma Qurban Qurbanov Mateusu komandanın aparıcı üzvü kimi görür.
Məhz bundan sonra Mateus da “Qarabağ”da qalmaq istəyində olduğundan komandanı tərk etməyəcəyini klubdakılara bildirib.
Mateusun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
