"İnter" isveçli futbolçu üçün hərəkətə keçdi

17:48 - 12 İyul 2026

“İnter” heyətini isveçli futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “nerazzuri” “Brayton”un Tunisəsilli yarımmüdafiəçisi Yasin Ayari ilə maaqlanır.

İtaliya çempionunun rəsmiləri Ayari üçün hərəkətə keçib. 

22 yaşlı futbolçunun İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir. 

Yasinin özünün İtaliyaya köçməyə hazır olub-olmadığı isə hələ ki bəlli deyil. AİK(Stokholm) klubunun yetirməsi və sabiq futbolçusu 2023-cü ildə “Brayton”a keçib.

O, “Koventri” və “Blekbern” klublarında da çıxış edib.
 

Xəbər xətti