"Qarabağ"ın forvardı: "İslandiyada asan matç olacağını düşünmürəm"

10:21 - 11 İyul 2026

"Qarabağ"ın hücumçusu Zakariya Savo Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Vestri” üzərində qazanılan 3:0 hesablı qələbə haqda danışıb.

Sportal.az saytına açıqlama verən qambiyalı hücumçu yeni komandasının potensialından da bəhs edib:

"Yaxşı oyun keçirdik və inamlı qələbə qazandıq. Qarşıda cavab oyunumuz var. Tempimizi qorumalıyıq. Düşünmürəm ki, İslandiyada asan matç olacaq. Mövsümün başlanğıcı həmişə olduqca çətin keçir. Ona görə də hər oyuna ciddi hazırlaşmalıyıq. Özümüzü bərpa etmək, güc toplamaq və daha yaxşı oyun göstərmək üçün vaxtımız var. "Qarabağ" daha yaxşı oynamaq üçün böyük potensiala sahibdir".
 

Xəbər xətti