"Fənərbaxça" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Lion"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi vacib oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dörd futbolçu Fransada komandaya kömək edə bilməyəcək. Bunlar qapıçı Mert Günok, müdafiəçi Çağğlar Söyüncü, yarımmüdafiəçi Marko Asensio və vinger Kərəm Aktürkoğludur. Adı çəkilən oyunçular komanda ilə birlikdə səfərə aparılmayıb.
Qeyd edək ki, "Lion" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Türkiyədə baş tutan ilk matçda 1:1 hesablı bərabərlik qeydə alınıb.
saytlarin hazirlanmasi
